gototop gototop

Dictionary

TƏBİİ İNHİSAR

 (ingiliscə - natural monopoly - təbii inhisar) istehsal, əmtəə və xidmətlərin satışı üzrə rəsmi tanınan qaçılmaz inhisardır. Təbii inhisar bir tərəfdən müəllif hüququ və ya müəllifin qanunla inhisarçı olması, digər tərəfdən dövlət maraqları çərçivəsində vahid boru nəql sistemi, elektrik şəbəkəsi, dəmiryol magistralı sahələrində təzahür edir. Təbii inhisar həmçinin ictimai təhlükəsizlik mülahizələri ilə dövlət inhisarı kimi də yarana bilər. Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanunuda təbii “inhisar  istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti” kimi təsbit olunub.