gototop gototop

Dictionary

AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏ SİSTEMLƏRİ, AİS

hesablamalar, informasiyaların emalı, məntiqi əməliyyatlar, hesablama texnikası, informasiya şəbəkələri və müasir informasiya texnologiyalarından istifadə etməklə insanların əqli fəaliyyətlərinin birləşdiyi və uzlaşdığı kompyuterləşdirilmiş sistemlər. İstehsalın idarəedilməsi, nəqliyyat, tikinti və digər iqtisadi obyekt və proseslərdə tətbiq olunur. İnformasiya proseslərinin imkanlarının genişləndirilməsi və səmərəliliyinin artırılması təyinatlıdır.