gototop gototop

Dictionary

ŞƏRTİ YANACAQ

üzvi yanacağın uçot vahidi. Müxtəlif təyinatlı yanacaqların istiliktörətmə qabiliyyətinin uzlaşdırılması üçün istifadə olunur. 1 ton şərti yanacağın (şy) dünya standartı 7000 k/k-dir (ABŞ-da və Qərbdə orta energetik tələbat k/k ilə ölçülür). 1 ton neft 1,43 ton şəti yanacağa bərabərdir. 1000 m3 təbii qaz - 1,16 şy. Beynəlxalq Energetika Agetliyi (BEA - Paris) özünün nəşr etdirdiyi «Energetik statistika» bülletenində neftin qaza çevriliş əmsalını, ton ekvivalent neft /ten/ görə 1 ton neft = 1,0-1,03 ten və əksinə 1000 m3 qaz = 0,9 ten kimi təsdiqləyir.