gototop gototop

Dictionary

STRATEJİ MÜDAFİƏ TƏŞƏBBÜSÜ

“STRATEJİ MÜDAFİƏ TƏŞƏBBÜSÜ” (ingiliscə - Strategic Defense Initiative - strateji müdafiə təşəbbüsü ) 1981-1989-cu illərdə ABŞ prezidenti olmuş Ronald Reyqan (1911-2004) tərəfindən 23 mart 1983-cü ildə elmi-tədqiqat və sınaq-təcrübə işləri üzrə bəyan edilmiş uzunmüddətli proqram. Proqramın başlıca məqsədini kosmik elementlər əsaslı, kosmosdan yerüsti və dəniz hədəflərinin mümkün məhvini istisna edən və ya məhdudlaşdıran geniş miqyaslı raketəqarşı müdafiə sisteminin hazırlanması ilə bağlı elmi-texniki ehtiyatın yaradılması təşkil edir.