gototop gototop

Dictionary

AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI, AYİB
  1. (ingiliscə - European Bank for Reconstruction and Development, EBRD - Avropa Yenidənqurma və Inkişaf Bankı) - Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələrinə kömək məqsədilə 1991-ci ildə 61 ölkənin və 2 beynəlxalq təşkilatın dəstəyi ilə yaradılmış bankdır. Başlıca məqsədi keçmiş SSRİ dövlətlərində, Mərkəzi və Şəqri Avropa ölkələrində bazar iqtisadiyyatına keçidə kömək etməkdir. AYİB yalnız müəyyən hüdudlarda layihələri kreditləşdirir. AYİB-in resursları BYİB-lə eyni qaydada formalaşır. Lakin AYİB-də ödənilmiş səhmdar kapitalın payı yüksəkdir (7%-lə müqayisədə 30%-dir). Ödənilməmiş səhmlər lazım gəldikdə tələb oluna bilər, lakin adətən dünya kredit bazarında borc vəsaitlər cəlb olunduqda zəmanət kimi istifadə olunurlar. AYİB istehsalın kreditləşməsində (layihə maliyyələşdirilməsi də daxil olmaqla), yenidənqurmaya və infrastrukturun (ekoloji proqramlar da daxil olmaqla) inkişafına texniki köməkdə, səhmdar kapitala investisiyalar qoymaqda ixtisaslaşmışdır. Mənzil-qərargahı Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir.