gototop gototop

Dictionary

SİVİLİZASİYA

(latınca - civilis - mülki, dövlət) cəmiyyətin material və mənəvi nailiyyətləri məcmusu. “Sivilizasiya” anlayışını XVIII əsrdə “varvarlıq” anlayışına əks olaraq fransalı mütəfəkkirlər yaratmışlar. Həmin dövrdə svilizasiya qədim tarixin vəhşilik, varvarlıq mərhələsindən sonrakı - III dövrü ifadə edirdi. Müasir zamanda “sivilizasiya” anlayışı özünün ilkin mənasını praktiki itirmiş və o, hazırda yüksək tarixi və coğrafi mədəniyyətlər məcmusunu ifadə etməkdədir. İsmin tək halında “svilizasiya” anlayışı ilə cəm halı, “svilizasiyalar” məfhumları eyniləşdirilmir. Svilizasiyalı cəmiyyət primitiv cəmiyyətdən bir sıra cəhətləri ilə fərqlənir (oturaqlıq, şəhər mədəniyyəti və maarif sistemi). Müxtəlif svilizasiyaların yaranışı ilə bağlı olaraq bu kateqoriya cəm halında işlənməyə başlanmışlar. Sivilizasiyalı yanaşma cəmiyyət inkişafını ənənəvi, industrial və postindustrial olan formatda ehtiva edir.