gototop gototop

Dictionary

SİSTEMLİ YANAŞMA

(almanca - system methode - sistem metodu) mürəkkəb obyektə çoxsaylı elementlərin bütövlüyü, onlar arasında əlaqəlilik və münasibətlər məsmusu kimi baxılmasını şərtləndirən elmi-tədqiqat metodologiyası. Sistemli yanaşma obyekti bir sistem (yunanca - systema - bütöv, hissələrdən alınmış, birləşmə) olaraq tədqiq etməyə yönəlmişdir. Dünyəvi iqtisadi proseslərə sistemli yanaşma qarşılıqlı rabitəli və qarşılıqlı təsirli elementlər məcmusunda ehtiva olunur. Qlobal inkişaf problemlərinin həllinin baza şərtləri olaraq elmi-texniki və sosial-siyasi aspektlər çıxış edir. Bu problemlərin həlli istiqamətində sistemli yanaşma elementləri kimi texnokratik, fəlsəfi, eksiztensial (mövcudluq) və mədəni yanaşmaları ayırmaq olar.