gototop gototop

Dictionary

SAHİBKARLIQ KAPİTALI

(ingiliscə - enterprise capital - sahibkarlıq kapitalı) mənfəət almaq məqsədi ilə istehsala birbaşa və ya dolayısı ilə qoyulan pul vəsaiti. Sahibkarlıq kapitalının hərəkəti ayrı-ayrı şəxslər, dövlət müəssisələri və ya dövlət vəsaitləri xarici ölkələrə yatıranda xarici investisiyalar yolu ilə həyata keçirilir. Sahibkar kapitalın beynəlxalq hərəkəti əmtəə və pul formasında törəmə təşkilatların, filialların, müştərək müəssisələrin timsalında daha uzunmüddətli investisiyaları əks etdirir. Burada investor öz kapital qoyuluşlarını nizamnamə kapitalına yönəltməklə gəlir şəklində mübadilə olunan sahibkar mənfəəti əldə edir.