gototop gototop

Dictionary

SAHİBKAR

(ərəbcə - sahib + farsca kar, sahibkar, fransızca - entrepreneur - sahibkar, ingiliscə - businessman - işgüzar adam, sahbakarlıq fəaliyyəti ilə məşğul olan şəxs) öz fəaliyyətini ticarət, istehsal və xidmət yaratma forması ilə mənfəətin əldə edilməsinə yönəldən şəxş. Sahibkar şahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir. İlk dəfə elmi dövriyyətyə təxminən 1800-cü ildə fransalı iqtisadçı Jan-Batist Sey (Jean-Baptiste Say, 1767-1832) tərəfindən çıxarılmışdır. O, sahibkara (antpenpener) - iqtisadi resursları kiçik məhsuldarlıq sferasından böyük məhsuldarlıq sferasına ötürən və bundan faydalanan şəxs kimi təyinat vermişdir.