gototop gototop

Dictionary

NASA

(ingiliscə - National Aeronautics and Space Administration, NASA - Milli Aeronavtika və Kosmos Administrasiyası) - ABŞ-ın federal hökumətinə aid və birbaşa ABŞ vitse-prezidentinə tabe olan, ölkənin mülki kosmik proqramına məsul təsisat. NASA 1958-ci ildə ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirən icraedici dövlət agentliyi kimi yaradılmışdır. Hazırda NASA Aya eniş etmək üçün Ares adlanan raketdaşıyıcı nəsil və yerin bu təbii peykində müvafiq Ay bazasının yaradılması üzərində iş aparır. Eyni zamanda NASA proqram üzrə 2030-cu ildə Marsa insanların göndərilməsini də planlaşdırır.