gototop gototop

Dictionary

MÜKƏMMƏL BAZAR

(ingiliscə - perfect market - mükəmməl bazar) - eynicinsli əmtəələri vahid şərtlər altında reallaşdırıldığı mükəmməl rəqabətin tələblərinə cavab verən bazar. Mükəmməl bazar satıcı və alıcıların çoxluğu ilə fərqləndirilir. Bu zaman onların heç biri və heç bir qurupu bazar proseslərinə, əsasən də, qiymətlərə təsir göstərmək qabliyyətində olmurlar. Belə bazarda bütün satıcılar tərəfindən xüsusi əmtəə nişanları və markalarını əks etdirməyən, özünəməxsus, identik standartlaşmış əmtəə və xidmətlər təklif olunur. Burada bütün maddi, maliyyə və digər resurslar tam çevikdir və bütün alıcılar və satıcılar bazar haqında tam informasiyaya (qiymət, əmtəə, tələb, təklif və s.) malikdirlər.