gototop gototop

Dictionary

MALİYYƏ

(ərəbcə - maliyyə - pul tədiyyəsi, fransızca - financia - əldə olan vəsait, gəlir) pul vəsaitləri fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemi. Bu münasibətlər dövlətlə hüquqi və fiziki şəxslər, hüquqi şəxslər, həmçinin dövlətlər arasında baş verə bilər. Maliyyə mürəkkəb çoxplanlı ictimai hadisə kimi müxtəlif əlamət və formalarla xarakterikdir. Onun əsas əlaməti kimi münasibətlərin pul forması, gəlirlərin yaradılması və xərclərin reallaşdırıması, dəyərin bir subyektdən digərinə hərəkəti, mübadilə-bölüşdürücü xarakterliyi, təyinatla bağlı mübadilə və bölgünün ekvivalentliyi və yenidən bölgünün qeyri-ekvivalentliyi kimi xüsusiyyətlər çıxış edir. Burada əsas əlamət maliyyənin pul xarakterliyidir. Maliyyə münasibətlərinin maddi daşıyıcılar kimi maliyyə resursları çıxış edirlər.