gototop gototop

Dictionary

LEONTYEV PARADOKSU

(ingiliscə - Leontiev’s paradox - Leyontyev paradoksu) - Amerka iqtisadçısı Nobel mükafatı laureatı Vasili Leontyev (1905-1999) ölkəsinin II Dünya Müharibəsindən sonrakı ilk illərinin xarici ticarət strukturunu təhlil edərkən istehsal amillərinin müqayisəli nəzəriyyəsinin əksinə olaraq ABŞ-da idxalın ixracata nisbətdə 30% çox kapital tutumluluğunu aşkarlamışdır. Bu nəticə «Leontyev paradoksu» kimi məhşurdur. Nəticə-paradoksun əsas fikir üstünlüyü ondan ibarətdir ki, ABŞ digər inkişaf etmiş ölkələrə nisbətdə elmtutumlu əmtəə istehsalında üstünlüklər qazanmış və bu səbəbdən də, ixracatda daha çox ixtisaslı əmək tələbli, idxalda isə xammal xarakterli və böyük kapitaltutumlu xərcli əmtəələr çox olmuşdur. «Leontyev paradoksu» Hekşer-Olin nəzəriyyəsinin praktiki məqsədlərdə düzxətli və sadələşmiş istifadəsindən artıq aludəçiliklə ifadədən çəkindirməyə xidmət edir.