gototop gototop

Dictionary

LATIN AMERİKASI İQTİSADİ SİSTEMİ, SELA

(ingiliscə - Sistema Economico Latinoamericano, SELA - Latın Amerikası İqtisadi Sistemi, LAİS) - inkişaf planlarının koordinasiyası, inteqrasiya proseslərinin, iqtisadi layihələrin və tədqiqatların həyata keçirilməsinə kömək, iştirakçılar arasında informasiya mübadiləsi və məsləhətləşmələr aparma üzrə 26 Latın Amerikası ölkəsi - Argentina, Barbados, Boliviya, Braziliya, Venusuela, Haiti, Qayana, Qvatemala, Honduras, Qrenada, Dominikan Respublikası, Kolumbiya, Kosta-Rika, Kuba, Meksika Birləşmiş Ştatları, Nikaraqua, Panama, Paraqvay, Peru, Salvador, Surinam, Trinidad və Tabaqo, Uruqvay, Çili, Ekvador və Yamaykanı əhatə edən dövlətlərarası regional iqtisadi təşkilat. 1975-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Venusuelanın paytaxtı Karakas şəhərində yerləşir.