gototop gototop

Dictionary

ATOM ENERJİSİ ÜZRƏ BEYNƏLXALQ AGENTLİK, AEBA
  1. (ingilscə - International Atomic Energy Agency, IAEA - Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə, AEBA) - atom enerjisindən dinc məqsədlərlə istifadə edilməsi sahəsində əməkdaşlığın inkişafı üzrə beynəlxalq təsisat. 1957-ci ildə yaradılmışdır. Əsas vəzifəsi ayrı-ayrı ölkələrdə nüvə enerjisindən dinc məqsədlərlə istifadənin hərbi məqsədlərə yönəlmədiyini təsdiqləməkdir. Dövlət belə bir sazişi imzalamaqla müvafiq tədqiqatların hərbi istiqamət almamasına təminat verir. Bununla belə, AEBA sırf texniki orqandır. O bu və ya digər ölkənin müvafiq sahədəki fəaliyyətinə siyasi qiymət verə bilməz. Mənzil-qərargahı Avstriyanın paytaxtı Vyana şəhərindədir.