gototop gototop

Dictionary

QAZHOLDER

(ingiliscə - gas-holder - qaz saxlayan) - təbii qazı, bioqazı və ya sıxılmış neftli qazın qəbulu, saxlanılması, nəql kəmərlərinə ötürülməsi məqsədli iri həcmli stasionar və ya daşınan dəmir-beton və ya polad çən, konteyner (100 min m3 tutuma qədər). Dəyişən (sulu) və daimi (quru) həcmli qazholderlər fərqləndirilir. Dəyişən qazholderlər su ilə doldurulan şaquli silindirik formaya malikdir. Daimi qazholderlər daha yüksək təziyiqləri (1,8 Мн/м2-ə qədər) saxlamaq üçün silindirik və kürəşəkilli olurlar. Qazholderlər, bir qayda olaraq, qaz tənzimləyici funksiyanı yerinə yetirirlər. Tələbat azaldıqda artıq qaz qazholderə yığılır, artıqda isə buradan istifadəyə yönəldilir. Daha böyük həcmli qazların saxlanması üçün yeraltı qaz anbarlarından istifadə olunur.