gototop gototop

Dictionary

KORRUPSİYA QAVRAMA İNDEKSİ

(CPI - Corruption Perceptions Index) - Beynəlxalq Şəffaflıq (Transparency International) təşkilatı tərəfindən hazırlanaraq hər il nəşr edilən, dövlət sektorunda korrupsiyanın qavranılması üzrə ölkələrin reytinqini müəyyənləşdirən indeks. Korrupsiya Qavrama İndeksi müxtəlif ekspert qiymətləndirmələri və biznes aləmi üzrə rəy sorğuları əsasında tərtib edilir ki, bunlar da müstəqil və tanınmış təşkilatlar tərəfindən həyata keçirilir. Eyni zamanda hər ölkənin müvafiq indeksi tərtib edilən zaman ən azı 3 mənbədən istifadə edilir. Beynəlxalq Şəffaflıq Təşkilatı 1999-cu ildən öz tədqiqatlarına Azərbaycanı da daxil etmişdir.