gototop gototop

Dictionary

KLASSİK MƏKTƏB

iqtisadi nəzəriyyənin kamilləşdiyi, metodoloji prinsip aldığı təlimlər sistemi. Klassik məktəbin ümumi xarakteristikasına görə, iqtisadi proseslər insan təbiətindən və onun şəxsi maraqlarından doğur və cəmiyyət ayrı-ayrı fərdlərin məcmusu olaraq onların maraqlarını əks etdirir. Tarixin hərəkətverici qüvvəsi təbii güclərdən qaynaqlanır. Əmək bütün iqtisadi proseslərin əsasıdır, istehsal nəzəriyyəsi mübadilə nəzəriyyəsini doğurur. İqtisadiyyatın inkişafı prosesində demoqrafik faktora istinadən sərvətlər özləri sərhədləri müəyyən edirlər. Klassik məktəbi A.Smit və D.Rikardo təlimləri də adlandıraırlar.