gototop gototop

Dictionary

KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI ÜZRƏ BEYNƏLXALQ FOND

(ingiliscə - International Fund for Agricultural Development, IFAD - Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) inkişaf etməkdə olan ölkələrin ərzaq vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərən BMT-nin ixtisaslaşmış təşkilatı. Fondun ali məqsədi inkişaf etməkdə olan ölkələrdə kənd yoxsulluğunun ləğvidir. 1977-ci ildən fəaliyyətə başlamışdır, mənzil-qərargahı İtaliyanın paytaxtı Roma şəhərindədir.