gototop gototop

Dictionary

İNTELLEKTUAL (əqli) KAPİTAL

(ingiliscə - intellectual capital - əqli sərvət) insanların bilik, bacarıq, səriştə və peşəkarlıq təcrübəsində təcəssüm olunan kapital forması. İntellektual kapital mənfəətin maksimallaşdırılması, digər iqtisadi və texniki nəticələrin əldə olunması məqsədi ilə qeyri-maddi aktivlərdən (patent, proqram təminatında göstəricilər bazası, ticarət markaları və s.) səmərəliliklə istifadə edilən konkret insanların (insan avuarları) bilik və məhsuldar təcrübəsidir. İntellektual kapital insan, təşkilat və istehlak kapitalından ibarətdir.