gototop gototop

Dictionary

İNDUSTRİAL CƏMİYYƏT (sənaye cəmiyyəti)

(ingiliscə - industrial society, almanca - industriegesellschaft - sənaye cəmiyyəti) maşın istehsalının inkişafı və ona adekvat formalarda əməyin təşkilinin meydana gəlməsi, həmçinin texniki-texnoloji tərəqqinin nailiyyətlərinin tətbiqi nəticəsində sənayeləşmə prosesində formalaşan cəmiyyət tipi. Aqrar cəmiyyəti əvəz etmişdir. Kütləvi, konveyer istehsalı, əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması, mal və xidmətlər bazarının inkişafı, iqtisadi münasibətlərin humanistləşdirilməsi, idarəetmənin rolunun artması, vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə olunur. İqtisadiyyatın, istehsalın, istehlakın, məşğulluğun strukturuna böyük təsir göstərmişdir. Termin olaraq A.Sen-Simona məxsusdur. Sənaye cəmiyyəti konsepsiyası XX əsrin 50-60-cı illərində R.Aron, U.Rostou, D.Bell və başqalarının tədqiqatları ilə daha geniş yayılmışdır.