gototop gototop

Dictionary

İQTİSADİYYAT

(ingiliscə - economic - iqtisadiyyat, yunanca - oikonomike - ev təsərrüfatının idarə olunması sənəti, latınca - oikos - ev, təsərrüfat və nomos - qayda, qanun, ümumilkdə təssrüfatın aparılması qaydası, ərəbcə - tədbir) 1) öz yaşayışını təmin etmək, zəruri tələbatlarını ödəmək üçün insanlar tərəfindən istifadə olunan vasitə, obyekt və proseslərin məcmusu, təkrar istehsalın istehsal, bölgü, mübadilə, istehlak mərhələlərini özündə üzvi surətdə birləşdirən bir sistemdir; 2) təsərrüfat və onun insanlar tərəfindən aparılması, təsərrüfat proseslərinin qanunauyğunluqlar, insanların əmtəə istehsalı və mübadiləsi prosesindəki münasibətləri haqqında elm (iqtisad elmi). Makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat (dünya iqtisadiyyatı) sahələrinə bölünür.