gototop gototop

Dictionary

İQTİSADİ İNKİŞAF

(ingiliscə - economic development - iqtisadi inkişaf) - iqtisadiyyatın, məhsuldar qüvvələrin, artım və inkişaf amillərinin, elmin, təhsilin, mədəniyyətin, əhalinin həyat səviyyəsinin, insan kapitalının keyfiyyət və struktur baxımından tədricən müsbət dəyişiklikləri və təkrar istehsalın genişlənməsi. Cəmiyyətin iqtisadi inkişafı çoxplanlı proses olub, iqtisadi artımı, innovasiya iqtisadiyyatını və vençur biznesini, iqtisadiyyatda struktur irəliləyişləri, əmək məhsuldarlığının artımını və əhalinin həyat keyfiyyətini əhatə edir. İnkişaf proseslərinin effektivliyi əksərən iqtisadiyyatın dövlət tənzimlənməsinin, dövlətin özünün və onun institutlarının effektivliyi ilə müəyyən olunur. Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri əhalinin həyat keyfiyyəti, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi, ÜDM, ÜMM, əhalinin adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir. İqtisadiyyatın artımının və inkiafının əsas hərəkətverici qüvvələri insan kapitalı və onun doğurduğu innovasiyalardır.