gototop gototop

Dictionary

XARİCİ TİCARƏT DÖVRİYYƏSİ

(ingiliscə - foreign trade turnover - xarici ticarət dövriyyəsi) müvafiq dövr ərzində ölkənin idxal və ixracının dəyərinin məsmusunu ifadə edir. İdxal və ixracın dəyəri arasında fərq xarici ticarət dövriyyəsinin saldosunu ifadə edir. Ölkənin xarici ticarət dövriyyəsinin dünya ticarət dövriyyəsində xüsusi çəkisinin həcm artımı da həmin ölkənin dünya təsərrüfatında iştirakı göstəricisini yüksəldən amil kimi nəzərə alınır.