gototop gototop

Dictionary

HÖKUMƏTLƏRARASI OKEANOQRAFİYA KOMİSSİYASI, IOK

(ingiliscə - Intergovernmental Oceanographic Commission, IOC - Hökumətlərarası Okeanoqrafiya Komissiyası) - dəniz və okeanlar üzrə elmi-tədqiqatların inkişafına kömək məqdsədi ilə 1960-cı ildə UNESCO çərçivəsində yaradılmış beynəlxalq təşkilat. Əsas vəzifələri beynəlxalq əməkdaşlıq tərəfindən həlli tələb olunan problemləri müəyən etmək, beynəlxalq ekspedisiyalar təşkil etmək, okeonaqrafik məlumatların mübadiləsinə kömək etmək, dəniz elmləri sahəsində kadr hazırlığı aparmaq və s.-dən ibarətdir. IOK-un yüzə qədər üzv ölkəni birləşdirir. Mərkəzi qərərgahı Paris şəhərindədir.