gototop gototop

Dictionary

HƏRBİ-SƏNAYE KOMPLEKSİ, HSK

(ingiliscə - Military-industrial complex - Hərbi-sənaye kompleksi) - dövlətin və onun hərbi strukturlarının müvafiq tələblərinin ödənilməsinə yönəlmiş hərbi və xüsusi texnikanın hazırlanmasını  həyata keçirən elmi-tədqiqat və istehsal müəssisələri məcmusu. HSK-nın nüvəsini hərbi-sənaye konsernləri təşkil edirlər ki, onlar da fəaliyyətlərində hərbi məhsul tələbinin davamlı artmasında maraqlıdırlar. HSK hərbi-siyasi, hərbi-iqtisadi qərarların qəbul edilməsinə, ümumilikdə isə geosiyasi situasiyaya təsir göstərir. HSK-nın sinonimi kimi “müdafiə sənayesi kompleksi” ifadəsi də işlənilir.