gototop gototop

Dictionary

AMERİKA DÖVLƏTLƏRI TƏŞKİLATI - OAS

(ingiliscə - Organization of American States, OAS - Amerika Dövlətləri Təşkilatı, ADT) - 1889-cu ildən mövcud olan Panamerika təşkilatı bazası əsasında yaradılmış, əsas məqsədi müvafiq dövlətləarası iqtisadi, hüquqi, sosial və mədəni münasibətlər olan dövlətlərarası regional təşkilat. 1948-ci ildə təsis olunmuşdur. OAS reallıqda həm də qərb yarımkürəsində təhlükəsizliyin təminatı və hərbi əməkdaşlıq istiqamətlərində işini davam etdirir. OAS-da 35 üzv dövlət - Antiqua-Barbuda, Argentina, Baham adaları, Barbados, Beliz, Boliviya, Braziliya, Venusuela, Haiti, Qayana, Qvatemala, Honduras, Qrenada, Dominika, Dominikan Respublikası, Kanada, Kolumbiya, Kosta-Rika, Kuba, Meksika Birləşmiş Ştatları, Nikaraqua, Panama, Paraqvay, Peru, Salvador, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lyuis, Amerika Birləşmiş Ştatları, Surinam, Trinidad və Tobaqo, Uruqvay, Çili, Ekvador və Yamayka təmsil olunmuşlar. Mənzil-qərargahı ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir.