gototop gototop

Dictionary

GİZLİ İQTİSADİYYAT

(ingiliscə - hidden economy - gizli iqtisadiyyat) - dövlət nəzarəti və uçotundan kənarda olan dövət və ictimaiyyətdən gizli saxlanılan iqtisadi fəaliyyət. Gizli iqtisadiyyatın mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatın bu sektorunda əldə olunan gəlirlər rəsmi uçotdan gizlədilir. Bunun isə 3 səbəbi vardır: 1) vergi yükünün ağırlığı; 2) sahibkarın reputasiyasının və ya onun fəaliyyət sferasının normal qarşılanmaması; 3) məmur himayəçiliyi. Təcrübə göstərir ki, kölgə iqtisadiyyatının geniş vüsət almasında məmur himayəçiliyi daha irəlidə olan amıllərdəndir. Çünki bu zaman gizli fəaliyyətin risk dərəcəsi az olur ki, bu da məmurun səlahiyyət səviyyəsi ilə ölçülür. Gizli iqtisadiyyat fenomeni ilə bağlı çoxsaylı terminoloji təyinatlar mövcuddur. Bunlardan gizli (hidden), kolgə (shadow), qeyri-rəsmi (unofficial), qeyri-formal (informal), qara (black), yeraltı (underground), qeyri-leqal (illegal), nağd pul (cash), muşahidə edilməyən (non-observed), qeyri-muntəzəm (irregular), bəyan edilməyən (unreported), paralel (parallel), ucotdankənar (unregistered), boz (grey), qeydə alınmayan (unrecorded), ikinci (second), marjinal (marginal), alaqaranlıq (twilight), gorunməyən (invisible), ay işığı (moonlight) və vergiləndirilə bilməyən (untaxed) iqtisadiyyat terminləri daha geniş yayılmışdır.