gototop gototop

Dictionary

ALTERNATİV XƏRCLƏR
  1. təsərrüfat fəaliyyətini həyata keçirmək üçün mövcud xərclərin sərf olunmasının iqtisadi cəhətdən nə dərəcədə əlverişli olub-olmamasının müəyyənləşdirilməsi zəruriliyindən irəli gəlir. İqtisadi ehtiyatları mümkün təsərrüfat fəaliyyətindən hansına yönəltmək məsələsi həll edilərkən alternativ xərclərdən istifadə edilir. Məsələn sahibkar öz pulunu müxtəlif cür, həm mövcud istehsalın genişləndirilməsinə, yenidən qurulmasına, texnika ilə yenidən təchizinə, həm də yeni növ istehsalın təşkilinə yönəldə bilər. Seçmək üçün bu kəmiyyətlərin hər biri alternativ xərclər kimi müqayisə edilməlidir.